Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edəcək

Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev mayın 27-də saat 11:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, Nəriman Nərimanov küç. 10) Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a DGK-dan bildirilib ki, qəbul zamanı Qax və Şəki rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Sevinc
Xəbəri paylaş