Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB nümayəndələri "12-ci Ümummilli Tibb Təhsili Konqresi"ndə iştirak ediblər

TƏBİB nümayəndələri "12-ci Ümummilli Tibb Təhsili Konqresi"ndə iştirak ediblər


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri 19-22 may 2022-ci il tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində keçirilən "12-ci Ümummilli Tibb Təhsili Konqresi"ndə iştirak edib.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, 1 və 2 nömrəli Baza Tibb Kollecləri və Gəncə Tibb Kollecinin də nümayəndələri də daxildir.

Konqresdə iştirakın məqsədi ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin səhiyyədə işçi qüvvəsinin gücləndirilməsi sahəsində apardığı işləri paylaşmaq, Azərbaycanda tibb və sağlamlıq elmlərinin üzrə müəllim kimi fəaliyyət göstərən və gələcəkdə birgə layihələrdə təlimçi kimi iştirak edəcək şəxslərin müvafiq bilik və bacarıqlara yiyələnmələrinə töhfə vermək olub.

Konqresdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancının moderatorluğu ilə Azərbaycanda tibb elmləri sahəsindəki son yeniliklərə həsr olunmuş xüsusi panel sessiya keçirilib.

Aysu
Xəbəri paylaş