“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Newscenter.az-a İstehsalat Birliyindən daxil olan xəbərə görə, bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonu, Göytəpə şəhəri, Yeni məhəllə (N saylı hərbi hissənin yaxınlığı) təşkil olunacaq. Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Sevinc