SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 35 illik ömrünün 18 ilini Vətənin keşiyində durmaqla keçirən şəhid Aqşin Abdullayevin ailəsini ziyarət edib.
Newscenter.az xəbər verir ki, Birlik rəhbəri ailənin qayğıları ilə maraqlanıb. Ruslan Əliyev şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın, həmçinin şəhid Aqşin Abdullayevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Görüş zamanı baş direktor şəhidin ailə üzvlərinin iş şəraiti ilə də yaxından maraqlanaraq, Birlik tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə təşəkkür ediblər.
"Bu cür #qəhrəman övlad böyütdüyünüz üçün mən sizə təşəkkür edirəm. Şəhid ailələrinin və qazilərin xidmətində durmaq, onların qayğıları ilə maraqlanmaq bizim borcumuzdur", - deyə baş direktor bildirib.
Sevinc