Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Latviya ilə qida təhlükəsizliyi sahəsində memorandum imzalanıb

Latviya ilə qida təhlükəsizliyi sahəsində memorandum imzalanıb


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Latviya Respublikasının Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu (BIOR) arasında Anlaşma Memorandumu imzalanıb.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, memorandumda tərəflər arasında əməkdaşlığın bir çox istiqamətləri öz əksini tapıb. Buraya ət, süd və balıq müəssisələrində istehsalın bütün mərhələlərində laboratoriya müayinələrinin aparılması üçün mütəxəsiss hazırlığı, heyvanların təhlükəli xəstəliklərinin və qida infeksiyalarının elmi-risk qiymətləndirilməsi, yoluxucu xəstəliklərin sürətli diaqnostikası kimi məsələlər daxildir. Sənəd, həmçinin rezistent mikroorqanizmlərin serotipləndirilməsi və sekvenasiyası, metodlar və müayinələr üzrə təcrübə mübadiləsi, eləcə də mikroorqanizmlərin genetik xüsusiyyətlərinin öyrənilməsi kimi əməkdaşlıq istiqamətlərini də əhatə edir.

Bundan əlavə, tərəflər mikrob kolleksiyasında mikroorqanizmlərin uzunmüddətli saxlanma şəraitinin öyrənilməsi, metodların validasiyası və verifikasiyası üzrə bilik mübadiləsi, qida və heyvan xəstəlikləri risk qiymətləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə də əməkdaşlıq edəcəklər.

Sevinc
Xəbəri paylaş