Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimal zonasında çalışan həkim-mütəxəssislər üçün seminarlar təşkil edilib

Şimal zonasında çalışan həkim-mütəxəssislər üçün seminarlar təşkil edilib


TƏBİB-in təşkilatçılığı ilə regionlarda Endokrinoloji xidmətin təkmilləşdirilməsi çərçivəsində tabelikdə olan tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət "Koordinasiya Qrupu"nun Quba rayonuna səfəri baş tutub.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, "Koordinasiya Qrupu"nun tərkibində Respublika Endokrinoloji, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Kliniki Xəstəxanasının, Ak. M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkim-mütəxəsisləri olub.

Məqsəd endokrinoloji xidmətin keyfiyyətinin artırılması, endokrinoloji patologiyası olan şəxslərə əlçatan tibbi xidmətlərin təmin edilməsi, həmçinin müvafiq "Regional Mərkəzlərin" qurulması, "Diabet məktəbi"-nin yaradılması və əhalinin maarifləndirilməsi, orta tibb personalı üçün endokrinoloji xəstəliklərdən əziyyət çəkən xəstələrə qulluğa dair təlimlərin verilməsi, regional endokrinoloji komissiyaların təşkili və digər işlərin icrasıdır.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən şəhərlərində çalışan həkim-mütəxəssislər üçün seminarlar təşkil edilib.

Səfər çərçivəsində qeyd edilən regionlardan cəlb edilmiş ağır tematik xəstələrin, endokrinoloji patologiyalardan əziyyət çəkən şəhid ailələrinin üzvlərinin qəbulu, konsultativ—diaqnostik və müalicəvi yardımlar təşkil edilib.

Bununla yanaşı, "Koordinasiya qrupu"-nun üzvləri Quba Rayon Mərkəzi Xəstəxanasınım laboratoriya və funksional diaqnostika şöbəsinin fəaliyyəti ilə tanış olub, mövcud vəziyyət dəyərləndirilib və region üzrə endokrinoloji xidməti göstərəcək müvafiq mərkəzin qurulması haqqında müzakirələr aparıb.

Sevinc
Xəbəri paylaş