Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balacalar üçün kulinariya müsabiqəsi başlayır

Balacalar üçün kulinariya müsabiqəsi başlayır


İyun ayının 6-dan başlayaraq Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar balalarımız üçün “Uşaqlar bişirir” adlı müsabiqə başlayır. Bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq tərəvəzlər, meyvələr, desertlər və s. hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və 3 qalib seçilib dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Newscenter.az xəbər verir ki, müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqları mətbəxlə maraqlandırmaq, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənməkdir.

“Hər il iyun ayında uşaqlar üçün müsabiqə keçirmək artıq ənənə halını alıb. Xatırlayırsınızsa, keçən il də bu vaxtlar biz “4 YEMƏK” adlı müsabiqəyə hazırlaşırdıq. İyun ayını tamamilə uşaqlara həsr edirik. Ümid edirəm ki, 1 ay ərzində biz gözəl nəticələr əldə edə biləcəyik və övladlarımız özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə hazırlamağı öyrənəcəklər. Mən özüm də böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam”, - deyə qrupun admini və müsabiqənin müəllifi, səs aktyoru Kübra Kərimli vurğulayıb.
Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılacaq.

Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsidir.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur.

Sevinc
Xəbəri paylaş