Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İçərişəhər sakinləri üçün qəbul günü keçirilib-FOTOLAR

İçərişəhər sakinləri üçün qəbul günü keçirilib-FOTOLAR


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İcərişəhər sakinləri üçün qəbul günü keçirib.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, İçərişəhər və Qala qoruqlarının sakinləri üçün bu cür görüşlər mütəmadi qaydada keçirilir.



Mehman
Xəbəri paylaş