Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Formula 1”ə hazırlıqla bağlı bəzi avtobusların hərəkət sxemi dəyişdirilir

“Formula 1”ə hazırlıqla bağlı bəzi avtobusların hərəkət sxemi dəyişdirilir


“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlər səbəbindən 6, 10, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, qeyd olunan müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi Azərbaycan pr. - Ə.Cavad küç. - B Sərdarov küçəsi ilə təşkil ediləcək.
Xəbəri paylaş