Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarını təbrik ediblər. Şəhidlərin əmanəti olan övladları ziyarət olunub və onlara hədiyyələr təqdim edilib. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub.
Newscenter.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, ziyarət zamanı şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşündən qürur hissi ilə söz açıblar. Onlar torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.
Mehman