Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Tovuz rayonu, Aşağı Quşçu kəndində keçirilmiş reydlər zamanı Almədədov Səməd Ələs oğlu, Əliyev Zamin Kərəm oğlu, Bayramov Elçin Həsən oğlu, Qələndərov Nurlan Vaqif oğlu, Rüstəmov Eldar Mansur oğlu, Qəhrəmanov Elnur Vidadi oğlu, Vəliyev Vüqar Şirzad oğlu və Hüseynov İlkin Türkmən oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq sanitariya) ekspertizası aparılmadan, baytarlıq baxışından keçirilməyən (baytarlıq-sanitariya tələblərinə cavab verməyən) xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar olunub. Faktlarla bağlı sahibkarlara xəbərdarlıq edilib, fəaliyyətlərini qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması və heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı göstərişlər verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Sevinc
Xəbəri paylaş