Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəli mütəxəssislər tərəfindən bitki sağlamlığı mövzusunda təlim keçirilib

Türkiyəli mütəxəssislər tərəfindən bitki sağlamlığı mövzusunda təlim keçirilib


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” çərçivəsində “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq” istiqamətində təlim keçirilib.

Newscenter.az xəbər verir ki, təlimdə AQTA əməkdaşları ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər. Türkiyəli mütəxəssislər tumlu və çəyirdəkli meyvə bitkilərinin təhlükəli karantin tətbiq edilən zərərli orqanizmlərindən olan meyvə ağaclarının yanığı (Erwinia amylovora), qonur monilioz çürümə (Monilinia fructicola), şarka virusu (Plum pox potyvirus), şərq meyvəyeyəni (Cydia molesta), qərb çiçək tripsi (Frankliniella occidentalis) və Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata) morfologiyası, bioekologiyası, müxtəlif bitkilərdə əlamətləri, monitorinqi, nümunəgötürmə qaydası, mübarizə üsulları haqqında bilik və təcrübələrini bölüşüb.
Xəbəri paylaş