Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub


Mastercard şirkətinin tərkibində ən son Mastercard-ın Türkiyə üzrə Prezidentinin Köməkçisi kimi çalışan Avşar Gürdal bundan sonra şirkətin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru vəzifəsini icra edəcək.

Newscenter.az xəbər verir ki, Boğaziçi Üniversitetinin Maşın Mühəndisliyi fakültəsindən məzun olduqdan sonra Koç Üniversitestində MBA dərəcəsi əldə edən Mastercard-ın Türkiyə ve Azərbaycan üzrə yeni Baş Direktoru Avşar Gürdal, 2015 ildən etibarən Mastercard şirkətinin əməkdaşı olaraq çalışmaqdadır.

Karyerasına Unilever şirkətində başlayan Gürdal, PRG və Value Partners kimi şirkətlərdə çalışdıqdan sonra sonra 2015-ci ildə Mastercard Advisors-un tərkibinə cəlb edilib. 2016-cı ildə Mastercard Müştəri Xidmətləri şöbəsinin İcraçı Direktoru vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən Mastercard-ın Türkiyə üzrə Prezidentinin Köməkçisi vəzifəsini icra edən Gürdal bundan sonra şirkətin Türkiyə və Azərbaycan bazarlarındakı idarəçilik ilə məşğul olacaq.

Sevinc
Xəbəri paylaş