Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı ölkə üzrə monitorinqlərə başlayıb

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı  ölkə üzrə monitorinqlərə başlayıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı ölkə üzrə monitorinqlərə başlayıb.

Newscenter.az xəbər verir ki, monitorinqlərdə işsiz, həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyəti, habelə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin əməyindən səmərəli istifadə üzrə yoxlamalar aparılır.

Cari ilin 5 ayı ərzində filial tərəfindən haqqı ödənilən ictimai işlər üzrə 17 419 iş yeri monitorinq edilib. İlin sonuna kimi ölkə üzrə bütün kvotanın ən azı iki dəfə monitorinq edilməsi planlaşdırılır.

Özünüməşğulluq proqramı üzrə isə 5 ayda 475 yekun, 649 aralıq, 1336 ilkin monitorinq həyata keçirilib. İlin sonuna kimi proqrama ötən il cəlb edilən şəxslərin aralıq və yekun monitorinqləri, cari ildə cəlb olunan şəxslərin isə ilkin yoxlaması həyata keçiriləcək.

Qeyd edək ki, monitorinqlər zamanı foto və ya videoçəkilişlər aparılır və yoxlamanın nəticələri müvafiq altsistemə daxil edilir.

Aysu
Xəbəri paylaş