Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pensiyaçıların Şuşaya səfəri təşkil olunub

Pensiyaçıların Şuşaya səfəri təşkil olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.

Fonddan Newscenter.az-a verilən məlumata görə, iki günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.
Xəbəri paylaş