Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Nizami rayon təşkilatının fəal qadınları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçiriblər

YAP Nizami rayon təşkilatının fəal qadınları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçiriblər


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal qadınları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçiriblər.
Aksiya çərçivəsində fəal qadınlar Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini, “Qayğı” reabilitasiya mərkəzini və Autizm Mərkəzini ziyarət ediblər.

Newscenter.az-a partiyadan bildirilib ki, ziyarət zamanı mərkəzlərdə yaradılmış şəraitlə tanış olublar, uşaqlarla görüşüblər, onları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, “Qayğı” reabilitasiya mərkəzinin direktoru Bənövşə Məmmədova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.

Ziyarətçilər də yaradılmış şəraitə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.

Ruhiyyə
Xəbəri paylaş