Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB və Başkənd Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

TƏBİB və Başkənd Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Başkənd Universitetinin qurucusu və rektoru, Dünya Orqan Transplantasiyası Dərnəyinin prezidenti, akademik Mehmet Haberalla görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Başkənd Universitetinin Baş koordinatoru Fəyyaz Atıkoğlu, Medservis Özəl Tibb Mərkəzinin direktoru Hikmət İsmayılov, TƏBİB-in aidiyyəti struktur bölmə rəhbərləri iştirak edib.

Görüşdə birgə təcrübə mübadiləsi, tibbi personalın bilik və bacarıqlarının artırılması üçün effektiv kursların təşkili, tibb işçilərinin tədqiqatlara təşviq olunması, əməkdaşlıq memorandumunun imzalanması və.s kimi məsələlər müzakirə olunub.

Vüqar Qurbanov dünya şöhrətli alimi TƏBİB-də görməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycanda tibbi xidmətin keyfiyyətinin artırılması, səhiyyə sistemində yeni təmayüllərin yaradılması üçün bu kimi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, tibbi xidmətin təşkili üzrə vətəndaş məmnunluğunun artırılmasında Türkiyə təcrübəsinin əhəmiyyətli rol oynadığını bildirib.

Mehmet Haberal isə öz növbəsində rəhbərlik etdiyi Başkənd Universitetinin qardaş ölkənin səhiyyə sisteminə töhfə verməkdən məmnun olacağını ifadə edib. M.Haberal tibbi personal üçün təcrübi təlimlərin keçirilməsində yaxından iştirak edəcəklərini və bütün mümkün dəstəyi göstərəcəklərini bildirib.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş