Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Əskişəhər Texniki Universitetinin rektoru AzTU-da olub

Türkiyənin Əskişəhər Texniki Universitetinin rektoru AzTU-da olub


Ölkəmizə səfərə gələn Türkiyənin Əskişəhər Texniki Universitetinin rektoru, professor Tuncay Döğeroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, rektor Vilayət Vəliyev AzTU-da görülən işlər, həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə qonaqlara məlumat verib.

Görüş zamanı AzTU ilə Əskişəhər Texniki Universiteti arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki universitetin müxtəlif ixtisaslar üzrə ikili diplom proqramları, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat işləri və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyü qeyd olunub.

R.Mehdiyeva
Xəbəri paylaş