"YAŞAT Fondu, ASAN Xidmət, Miqrasiya Xidməti, Kürdəmir rayon İcra Hakimiyyəti və saymadığım çox sayda strukturlar ilə vətəndaş arasında problem yaranmır. Çünki, vətəndaş ilə birbaşa dialoqda olan rəhbərlər əhalini şəxsən özü dinləyir, onun suallarına özü cavab verir, problemdən çıxış yolunu birgə axtarır. Bu məsələlərə xüsusi diqqət yetirməliyik".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev bütün bayramlarını, ad günlərini və yubileylərini Müharibədə qələbəni təmin edən hərbçilərimizin yanında olursa, digərləri bundan özü üçün dərs çıxarmalıdır:
"Xalqa xidmət etməli olanlar da vətəndaşlıq vəzifələrini unutmalı deyillər. Müharibə olanda onlar da döyüşməlidir".
Ədalət Verdiyev onu da qeyd edib ki, ƏƏSMN-nin qapısı bağlı olmasaydı və ya onları veteran məmur qarşılasaydı, bəlkə də hadisələr fərqli istiqmətdə cərəyan edərdi:
"Vurmaq dağıtmaq da Vətəni və torpağı qoruyanlara yaraşmaz və bu tam səhv addım idi".
Mehman