Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU ilə Türkiyənin Bartın Universiteti əməkdaşlığa başladı

AzTU ilə Türkiyənin Bartın Universiteti əməkdaşlığa başladı


Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir. Əməkdaşlıq çərçivəsində AzTU ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.

Daha sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ramil
Xəbəri paylaş