Ali Məhkəmənin sabiq hakimi Fərhad Əliyev dünyasını dəyişib.
Newscenter.az Modern.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin rəhbərliyi və kollektivi keçmiş həmkarlarının vəfatı ilə bağlı başsağlığı veriblər.
F.Əliyev Ali Məhkəmənin hakimi, Bakı qarnizonu hərbi tribunalının hakimi və Bakı qarnizonu hərbi tribunalının sədr müavini olub.
Mərhum Milli Məclisin deputatı Jalə Əhmədovanın atasıdır.
Allah rəhmət eləsin!