Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) yeni seçilmiş baş katibi Sultan Raev ilə görüşüb.
Bu barədə Newscenter.az-a məlumat verən EkoAvrasiya İdarə Heyətinin sədri Hikmət Eren TÜRKSOY-un yeni baş katibini belə bir mühüm vəzifəyə seçilməsi münasibətilə təbrik etdiyini, Türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsi və tanıdılması istiqamətində mühüm missiyanı uğurla həyata keçirməyi arzuladığını bildirib.
Hikmət Eren qeyd edib ki, 2020-ci ildən indiyə qədər TÜRKSOY-un baş katibinin müavini vəzifəsini icra edən Sultan Raev uzun illər Qırğızıstanın mədəniyyət naziri postunu tutub.
NEWSCENTER.AZ