Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacıqabul polisi əməliyyat keçirdi, 8 narkotacir saxlanıldı

Hacıqabul polisi əməliyyat keçirdi, 8 narkotacir saxlanıldı


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Rauf Cəfərov, İntiqam Həsənov və Əlihuseyn Bayramov, Gəncə şəhər sakini Eloğlu Cəfərov, Hacıqabul rayon sakinləri Mehti Həşimov, Miryasər Həşimov, Telman Əliyev və Nazim Quliyev saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.

Mehman
Xəbəri paylaş