Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və su istifadəçilərini suvarma suyu ilə tam təmin etmək üçün Kürdəmir Suvarma Sistemləri idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam edir. Bu məqsədlə 2022-ci ildə xidməti ərazidə olan rayonun 58 kənd və 3 qəsəbəsinin 69526 hektar suvarılan ərazisindəki kənd təssərüfatı əkinlərinin və həyətyanı sahələrinin suvarılması nəzərdə tutulub və suvarma hazırda davam edir. Rayonda suvarma öz axını və mexaniki üsulla aparılır. Əkin sahələrinin vaxtında suvarılması üçün hazırda suvarma kanallarında lildən təmizləmə işləri davam edir. İdarənin balansında olan kanallar bir-neçə istiqamətdə lildən təmizlənir.
Hazırda Kürdəmir rayonu əkin sahələrinin suvarılmasında qızğın dövrünü yaşayır. Fermerlər əkdikləri məhsulun bəhrəsini görmək üçün aqrotexniki qulluqla yanaşı vaxtlı vaxtında suvarmanı da aparmalıdır.
Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 14 ədəd Sudan İstifadəedənlər birlikləri fəaliyyət göstərirki, bu da bütün suvarılan sahələri əhatə edir. 2022-ci il üçün ayrı-ayrı Sudan İstifadəedənlər birlikləri üzrə suvarma planları və suvarılan sahələrin planları tərtib olunub. Bu il suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizimlərlə lildən təmizlənməsi qrafiki tərtib olunaraq kanallar üzərində yerləşən hidrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb. İdarə tərəfindən bu il də torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Beton üzlüklü kanallar isə su itkisini minimuma endirir.
Qeyd edək ki, cari ildə Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 44 min hektardan artıq taxıl, 2330 hektar pambıq, 4677 hektar bostan-tərəvəz və 8900 hektar yem bitkiləri əkilib. Bundan başqa 2620 hektar bağ və üzümlük, 6925 hektar isə həyətyanı sahələrdir.
Mehman