Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Gömrük Hospitalı beynəlxalq mükafata layiq görülüb

Mərkəzi Gömrük Hospitalı beynəlxalq mükafata layiq görülüb


İyunun 3-də “Medical Media” şirkətinin təşkilatçılığı, Azərbaycanın ilk ixtisaslaşmış tibb kanalı Səhiyyə TV-nin dəstəyi ilə bir sıra tibb ocaqlarına mükafatların təqdimetmə mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, “Türk dünyası tibbinə xidmətə görə” mükafatı Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalına təqdim edilib.

Mükafatlandırma mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini, dosent İsmayıl Əfəndiyev və Hospitalın rəis müavini Rəna Qasımova iştirak ediblər. Dr.Rəna Qasımova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və qeyd edib ki, COVİD-19 pandemiyası dövründə Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərərək kovidli xəstələrin müalicəsində uğurlar qazanıb.

Tədbirdə Rusiyanın məşhur “Jit zdorovo” (“Yaşamaq gözəldir”) verilişinin tanınmış aparıcısı, tibb elmləri doktoru, professor Yelena Malışeva da iştirak edib.

Sevinc
Xəbəri paylaş