Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında narkotik vasitənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısı alınıb.
Newscenter.az-a DGK-dan bildirilib ki, Baş idarənin “Astara” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirsə də, şəxsi yoxlama zamanı vətəndaşın corabının alt hissəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd selofan bükümdə, ümumilikdə çəkisi 5,304 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sevinc