"Qaz İxrac" İdarəsinə məxsus "Lökbatan" QPS-i qidalandıran yüksək təzyiqli magistral qaz kəməri qolunun qaynaq tikişində 10 sm-lik çatın yaranması ilə bağlı "Lökbatan" QPS-dən və qaz təchizatı şəbəkəsinin dairəvi olması, qaz təchizatının sönməsi ehtimalı və texniki-təhlükəsizlik nəzərə alınaraq "Sulutəpə-Xırdalan" ölçü qovşağı üzərində olan "Atyalı" kollektorundan 3 iyun saat 23:50-dən qaz təchizatı dayandırılıb.
Newscenter.az xəbər verir ki, məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb. Bildirilib ki, təmir müddətində Qaradağ rayonunun Lökbatan qəsəbəsinin, Abşeron rayonunun isə Qobu və Daş Güzdək qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ramil