İNJURİA hüquq jurnalı və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə "Süni intellekt əsrində tibb hüququ" adlı beynəlxalq tibb hüququ konfransı keçirilib.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, tədbirdə "Süni İntellekt Əsrində Tibb Hüququ - Süni İntellekt Səhiyyədə-İnsan Hüquqları kontekstində" "Həkim səhvləri - Hüquqi nəticələr - Müdafiə metodları", "Səhiyyə sferasında tibbi fəaliyyətin keyfiyyət və təhlükəsizliyinin ekspert və hüquqi qiymətləndirilməsi", "Tibb hüququ: Düzgün tibbi müdaxilə. Hüquqi fakt kimi malpraktis və komplikasion", "Tibbi qeydlərin aparılması öhdəliyi: Təhlükəsizlik, məxfilik və tibbi səhvlər baxımından qiymətləndirmə" və s mövzular müzakirə edilib.
Tədbirdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmin Bəşirov və aidiyyəti struktur bölmələrin əməkdaşları iştirak edib.
Sevinc