Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna və Rusiya arasında hərbçilərin meyitlərinin mübadiləsi aparılıb

Ukrayna və Rusiya arasında hərbçilərin meyitlərinin mübadiləsi aparılıb


Ukrayna və Rusiya arasında ölən hərbçilərin meyitlərinin dəyişdirilməsi həyata keçirilib.

Newscenter.az-ın məlumatına görə, "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, proses Zaporojye vilayətində baş tutub.

"Xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkilin iştirakı ilə aparılan danışıqlar nəticəsində "160-ın 160-a" düsturuna əsasən meyitlərin mübadiləsinə dair razılıq əldə olunub", - məlumatda deyilir.

Xatırladaq ki, Baş Qərargahın məlumatına görə, Ukraynaya qarşı müharibə başlayandan indiyədək Rusiya ordusu təxminən 31 050 əsgərini itirib.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, cəbhədə hər gün 60-dan 100-ə qədər əsgər ölür, daha 500-ə yaxın insan isə yaralanır.
Xəbəri paylaş