Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçiriləcək

Vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçiriləcək


8 iyun 2022-ci il tarixində saat 10:30-dan 17:00-dək Bakı Şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 2A ünvanında yerləşən Deputat qərargahında Azərbaycan Vəkillər Kollegiyasının peşəkar üzvlərinin iştirakı ilə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, aksiya çərçivəsində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan peşəkar vəkillər tərəfindən hüquqi yardıma ehtiyac duyan sosial baxımdan həssas əhali qrupuna aid olan vətəndaşlarımıza, şəhid ailələrinə, qazilərə, xüsusilə qadınlar və yetkinlik yaşına çatmayan şəxslərə ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək:

"Həmçinin, vətəndaşlara şifahi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin, iddia ərizələrinin hazırlanması və digər bu kimi məsələlərlə bağlı ödənişsiz xidmətlər təqdim olunacaqdır. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrlə bağlı yaranmış problemlərə dair məsləhətlər verilməsi təmin olunacaq".

Millət vəkili aksiyanın həyata keçirilməsində göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkürünü bildirib.

P.S.Aşağıda qeyd olunan telefon nömrələri vasitəsilə qeydiyyatdan keçərək aksiyada iştirak edə bilərsiniz:
Tel: (012)422-22-41, (055)276-23-75
Whatsapp: (055)276-23-75

Ruhiyyə
Xəbəri paylaş