Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yüksək vəzifəlilərin bir çoxu şəxsi mənafelərini dövlət və xalq mənafeyindən üstün tuturlar

Yüksək vəzifəlilərin bir çoxu şəxsi mənafelərini dövlət və xalq mənafeyindən üstün tuturlar


Bəşəriyyətin hazırda mübarizə apardığı, lakin hələ müsbət nəticə əldə edə bilmədiyi rüşvət və korrupsiya azalmır, əksinə getdikcə güclənir. Tarixçilərin tədqiqatı sübut edib ki, rüşvətin yaranma tarixi insanın yaranışı ilə eyni vaxta təsadüf edir. Rüşvətxorluq yalnız vəzifəli insanların törətdiyi cinayətdir.

Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan dövlətinin Prezidenti rüşvətxorluğa qarşı ciddi mübarizə aparsa da, bəzi vəzifəli şəxslər dövlət və millət üçün böyük təhlükə mənbəyi olan rüşvətə «nəfəs» verirlər:

"Ölkə Prezidentinin etimad göstərib yüksək vəzifəyə təyin etdiyi şəxslər əksər hallarda rüşvətxor və dələduz məmurların cinayətlərini ifşa etmək əvəzinə, onların xalqa və dövlətə qarşı etdiyi cinayətləri cənab Prezidentdən gizlətdikləri aydın hiss olunur. Bu insanların ölkədə mövcud olan mənfiliklərə münasibətindən hiss olunur ki, yüksək vəzifəlilərin bir çoxu şəxsi mənafelərini dövlət və xalq mənafeyindən üstün tuturlar".

Əli İbrahimov onu da vurğulaylb ki, xalq Prezidentinə inanır, müdafiə edir, ölkədə mövcud olan mənfi hallara səbrlə dözür:

"Xalq inanır ki, dövlət başçısı bundan sonra da rüşvətxor, korrupsioner məmurlara və ölkədə mövcud olan bütün mənfi hallara qarşı mübarizəni inamla davam etdirəcək".

NEWSCENTER.AZ
Xəbəri paylaş