Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da atışma zamanı 3 nəfər ölüb, 14 nəfər yaralanıb

ABŞ-da atışma zamanı 3 nəfər ölüb, 14 nəfər yaralanıb


ABŞ-ın Tennessi ştatının Çattanuqa şəhərində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Newscenter.az-ın məlumatına görə, "Report" "Fox News"a istinadən xəbər verir ki, atışma bazar günü gecə şəhərin barlarından birinin yaxınlığında qeydə alınıb. Ölənlərdən birini avtomobil vurub, digər ikisi isə güllə yaralarından dünyasını dəyişib.

"Onlardan bir neçəsinin həyatı üçün təhlükə yaradan xəsarətlər var", - telekanal yerli polis sözçüsündən sitat gətirib.

İlkin məlumata görə, hasisə bir neçə nəfər tərəfindən törədilib. Polis hələ heç kimi həbs etməyib və yerli sakinlərdən cinayətkarların tapılmasına köməklik göstərməyi xahiş edib.
Xəbəri paylaş