Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "Formula 1"ə görə bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq

Bakıda "Formula 1"ə görə bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq


10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Newscenter.az-a verilən məlumata görə, hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür.

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Xəbəri paylaş