Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxda avtomobil piyadaları vurub

Qazaxda avtomobil piyadaları vurub


Qazax şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü B.Məhərrəmovanı və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş