İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
Newscenter.az yerli mətbuata istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.
Cavad Övcinin sözlərinə görə, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir. Bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasətidir.
O həmçinin qeyd edib ki, İran və Azərbaycan “Şahdəniz” qaz yatağının birgə işlənməsini həyata keçirəcək.
Nazir vurğulayıb ki, “Şahdəniz” layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.
Anar TAGIYEV