Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Kiyevə Xəzərdən raket zərbələri endirib, yaralanan var

Rusiya Kiyevə Xəzərdən raket zərbələri endirib, yaralanan var


Bu gün səhər saatlarında Rusiya Kiyevə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb.

Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hərbçilər hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevin Darnitski və Dneprovski rayonlarında bir neçə partlayış baş verib.

Daha sonra raket hücumu nəticəsində bir nəfərin yaralandığı məlum olub.
Xəbəri paylaş