Ukrayna azərbaycanlıları növbəti genişhəcmli humanitar yardım aksiyasını həyata keçiriblər.
Newscenter.az xəbər verir ki, "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın Nikolayev vilayətinin etnik xalqlar şuranın sədri Anar Axundovun təşkilatçılığı ilə UNİCEF tərəfindən ayrılan növbəti 20 tonluq humanitar yardım vilayətin müxtəlif bölgələrində uşaq və doğum evlərinə, uşaq xəstəxanalarına, cəbhəyanı bölgələrdə yaşayan sakinlərə çatdırılıb.
Humanitar yardım paketi vilayətin hazırda Rusiya artilleriya atəşi nəticəsində su təchizatı sisteminin dağıdılması səbəbindən çatışmazlıqla əlaqədar içməli su, tibbi ləvazimatlar, uşaq geyimləri və digər ərzaq məhsullarını əhatə edir. UNİCEF-in bölgəyə yardımı A. Axundovun müraciəti əsasında baş tutub.