Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR


24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Görüşdə millət vəkili vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından Newscenter.az-a verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, sosial-məişət şəraiti aşağı olan ailənin müvəqqəti olaraq sığınacağa yerləşdirilməsi, vətəndaşa hüquqi dəstəyin göstərilməsi, vətəndaşın xaricdə təhsil alması ilə bağlı yaranmış problemlərin həllinə dəstəyin göstərilməsi, əlilliyin təyin edilməsi, əlilliyi olan şəxsin ev növbəsinə yazılması və s. bu kimi məsələlər başlıca yer alıb.

Qəbulun sonunda deputat K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.

Ruhiyyə
Xəbəri paylaş