Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, “Siren Trading” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 2330 kq müxtəlif növ qida məhsulları (un və un məmulatları, dənli paxlalı bitkilər, süd məhsulları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Sevinc