Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az xəbər verir ki, Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Gəncə şəhərində aparılan reydlər zamanı fiziki şəxslər Cavadov Qəşəm Müzəffər oğluna, Həsənov Etibar Hüseyn oğluna, Məhərrəmov Elçin Qoşqar oğluna, Məmmədov Asim Məsim oğluna, İbrahimov Emin Rafael oğluna, Musayev Nəsimi Həsən oğluna, Fərzəliyev Malik Tapdıq oğluna, Abdullayev Ceyhun Salman oğluna, Ağayev Dilqəm Nəriman oğluna, Bağırov Elşən Əli oğluna, Verdiyev Füzuli Nəsib oğluna, Mehdiyev Etibar Nürəddin oğluna, Məmmədov Xəlifə Əliağa oğluna, Paşayev Mahir Dəmir oğluna, Şərifov Şəmşir Süleyman oğluna, Abuzərov Seymur Hidayət oğluna, Əliyev İlqar Hidayət oğluna, Cəfərov Seymur Məmməd oğluna, Əliyev Sabir Qərib oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, icrası məcburi gostərişlər verilib, həmçinin Musayev Nəsimi Həsən oğlu, Ağayev İsa İbrahim oğlu və Əliyev İlqar Vilayət oğlu barəsində inzibati protokol tərtib edilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Sevinc