Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metropolitençi marafonçular mükafatlandırılıb

Metropolitençi marafonçular mükafatlandırılıb


Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də təşkil olunmuş “Bakı Marafonu-2022”də iştirak etmiş metropolitençilərlə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, MİHİ sədri Arif Mərdanov yarışda metropoliten komandasının tərkibində iştirak etmiş 10 işçini təbrik edərək onlara gələcəkdə uğurlar arzulayıb. O, metropoliten əməkdaşlarının belə kütləvi-mədəni layihələrə qoşulmasının təqdirəlayiq hal olduğunu, eyni zamanda sağlam həyat tərzinin təbliğatına xidmət etdiyini deyib. A.Mərdanov bildirib ki, yarışın təşkilat komitəsi ilk 1000 yerə çıxanlara həvəsləndirici mükafat təyin edib. Metropolitençilərin məhz 6-sı finişə çatan ilk 1000 nəfərin sırasına düşüb.

Bundan əlavə, MİHİ-nin təşkil etdiyi tədbirdə qurumun İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, yarışa qatılaraq yüksək nəticələr göstərmiş metropoliten komandasının bütün üzvlərinə mükafatlar verilib.

“Küləyə qalib gəl” şüarı altında təşkil edilmiş sayca 5-ci marafonda 21 km məsafəni qət edənlər sırasında ən yüksək nəticəni Vaqonların əsaslı təmiri xidmətinin ustası Şahin Məmmədov göstərib. O, 15 minə yaxın idmançı arasında 207-ci olub. Qatar maşinisti Əli Nəcəfov finiş xəttini keçən ilk 500 nəfər arasında yer alıb. Müvafiq olaraq, Elektromexanika xidmətinin qazanxana maşinisti İntizam Bayramov 700-cü, Depolar üzrə iş departamentinin akkumulyatorçusu Turan Mirzəyev 716-cı, Tunel qurğuları xidmətinin ustası Elşən Kamalzadə 933-cü, Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov 947-ci, Depolar üzrə iş departamentinin ustası Emil Orucov 1076-cı və təmir üzrə çilingəri Sani Hüseynov 1077-ci, Tunel qurğuları xidmətinin süni qurğular və yol baxıcısı Aydın Həmzətov 1319-cu, Tikinti departamenti Dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin yol montyoru Aqil Əzizov isə 1635-ci yeri tutub.


Sevinc
Xəbəri paylaş