Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində həyata keçirilmiş reydlər zamanı fiziki şəxslər Bəylərov Əflatun Mətləb oğluna, Həsənov Zakir İsmayıl oğluna, Cabbarov Xəlil İsa oğluna, Ağayev Zülfü Nadir oğluna, Abdullayev Tural Bayram oğluna, İbrahimov Rüstəm Sabir oğluna, Zeynalov Pərvin Telman oğluna, Feyzullayev Zakir İsa oğluna, Əlizadə Əliyə məxsus məntəqələrdə baytarlıq nəzarəti aparılmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib, Ağalarov Elşən Nürəddin oğluna və Ramazanov Rüfət Əliağa oğluna məxsus məntəqələrdə isə ət satışının baytarlıq ekspertizasından keçirilərək satışa verildiyi müəyyən olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Sevinc