Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb


Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb.

Newscenter.az məlumat verir ki, ''Report''un Cənub Mərkəzinin xəbərinə görə, hadisə şəhərin Qala xiyabanı küçəsinə 5 mərtəbəli binada baş verib.

2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalarından birinə köçürülməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş