İmişli rayonunda qadın qətlə yetirilib, əri intihar edib.
Newscenter.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yalavac kəndində baş verib.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. Daha sonra M.Əhmədov bıçaqla özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.