Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Newscenter.az xəbər verir ki, yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1200 ampul dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sevinc