Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.
Newscenter.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib
Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.