Dünyada koronavirus qurbanlarının sayı 6 340 234 nəfərə çatıb.
Bu barədə Newscentwraz ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir. Məlumata görə, son sutkada dünyada daha 126 nəfər koronavirusdan ölüb.
Eyni zamanda dünyada COVID-19-a yoluxanların sayı 544 111 945 nəfərə çatıb. Bununla yanaşı, pandemiya ərzində koronavirusdan sağalanların sayı 519 350 180 nəfər təşkil edir.
Pandemiya ərzində COVID-19-dan ən çox ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 1 milyon 38 289 nəfər koronavirusdan ölüb. ABŞ dünyada koronavirusa ümumi yoluxma sayına görə də birincidir: 87 981 568 nəfər.
Braziliya pandemiya ərzində koronavirusdan ölüm sayına görə ikinci yerdədir. Bu ölkədə 669 062 nəfər COVID-19-un qurbanı olub. Siyahida Hindistan 524 855 nəfər insan itkisi ilə üçüncüdür.
Dünyada koronavirusdan son sutka ərzində ən çox ölüm Tayvanda qeydə alınıb. Ada ölkədə 172 nəfər COVID-19-dan ölüb. Tayvan həm də COVID-19-a gündəlik yoluxma ilə bağlı birinci yerdədir. Son gün ərzində daha 50 636 nəfərdə koronavirus aşkarlanıb.
Rusiya koronavirusdan gündəlik ölüm sayında ikinci yerdədir. Ötən gün bu ölkədə 62 nəfər virusdan ölüb.
Son sutkada dünyada koronavirusa ümumilikdə 177 17 yoluxma qeydə alınıb, eyni zamanda daha 412 nəfər COVID-19-dan ölüb.
Gündəlik yoluxma sayı üzrə siyahıda ikinci yerdə Rusiya (30 526), üçüncü yerdə Avstraliya (22 123 yoluxma), dördüncü yerdə KXDR (19 320) qərarlaşıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Anar Tağıyev