Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan meşə yanğınlarına görə Türkiyəyə amfibiya təyyarəsi göndərir

Azərbaycan meşə yanğınlarına görə Türkiyəyə amfibiya təyyarəsi göndərir


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür.

Newscenter.az bu barədə FHN-ə istinadən məlumat verib.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.
Xəbəri paylaş