Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.
Newscentwr.az-ın məlumatına görə, bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, təyyarən yerlə təmas zamanı qismən məhv edilib. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.
“İnterfax” isə mənəblərinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.