Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenko rayonu Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
Newscenter.az-ın məlumatına görə, “Report” “UNİAN”a istinadən xəbər verir ki, raketlər yaşayış binasına dəyib.
Kiyevin meri Vitali Kliçko bildirib ki, hazırda raketin düşdüyü Şevçenko rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir:
“Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Yaşayış binasının dağıntıları altından yeddi yaşlı qız çıxarılıb. O, sağdır. Hazırda anası xilas edilir. Xilasedicilər işlərini davam etdirirlər, həkimlər iş başındadırlar”.